BSU-da Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib

   

     Dekabrın 23-də Bakı Slavyan Universitetində (BSU) Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib. Təhsil Nazirliyinin (TN) "Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə baş tutan tədbirdə tərbiyə işləri üzrə prorektor, f.ü.f.d Xanım Sultanova BSU tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə fəal iştirakından danışıb. Tələblərin könüllülük fəaliyyətini yüksək qiymətləndirən X.Sultanova onlara uğurlar arzulayıb.

     Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə  və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və İşçi qüvvəsi şöbəsinin koordinatoru Tural Hümbətov  2017-ci ildə 23-25 iyunda ölkəmizdə ikinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi haqqında iştirakçılara ətraflı məlumat veriblər. Çıxışçılar Azərbaycan Qran Prisinin "Könüllülər” proqramına qoşulma prosesi və namizədlərə aid olan tələblər, könüllülərin iş sahələri barədə danışıblar.

     Sonra Bakı Şəhər Halqası Əməliyyat şirkətində yeni açılmış akademiya  və  akademiyada keçiriləcək təlim proqramlarına dair slayd nümayiş olunub, videoçarx izlənilib.

     Tədbirin davamında gənclərin Formula 1 haqqında məlumatlılığını öyrənmək məqsədilə yarış keçirilib, qalib gələn tələbələrə hədiyyələr təqdim olunub.

     Sonda Formula 1 Könüllülük Proqramı haqqında ətraflı məlumatları əks etdirən bukletlər paylanılıb.

BSU-nun Mətbuat xidməti