BSU-da birinci kurslarla görüş keçirilib

      Noyabrın 17-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva, universitetin prorektorları və fakültə dekanları BSU-da təhsil alan birinci kurs tələbləri ilə görüşüblər.

      Rektor Nurlana Əliyeva çıxışında BSU-da olan tədris prosesi, burada fəaliyyət göstərən mərkəzlər, universitetin  beynəlxalq əlaqələri barədə söz açıb. N. Əliyeva son aylar ərzində ali təhsil müəssisəsində aparılan əsaslı təmir işlərindən sonra müəllim-tələbə kollektivi üçün yaradılan sağlam şəraitdən danışıb. Tələbələrə bir sıra tövsiyələr verən rektor onlara qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulayıb.

      Sonra vəzifəyə yeni təyin olunmuş fakültə dekanları tələblərə təqdim edilib. Görüş çərçivəsində tələbələrin problemləri dinlənilib, onları maraqlandıran suallar universitet rəhbərliyi tərəfindən cavablandırılıb.

BSU-nun Mətbuat xidməti