Yeni Azərbaycan Partiyasının 24 illiyi münasibətilə BSU-da sərgi keçirilib

          Noyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının 12 Noyabr Konstitusiya Günü və 21 Noyabr  Yeni Azərbaycan Partiyasının 24 illiyi münasibətilə Nəsimi rayonunun bir qrup yaradıcı gənclərinin əl işlərindən ibarət sərgi keçirilib. Bakı Slavyan Universitetində baş tutan sərgini giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirin mahiyyətindən söz açaraq YAP Nəsimi rayon təşkilatının rayon ərazisinə daxil olan universitetlərlə birgə keçirdiyi mühim konfranslar, layihələr barədə danışıb.

          İcra başçısı qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün də istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi respublikamızın bütün bölgələrində təntənəli surətdə qeyd edilir. Dövlət Bayraq Günü və qarşıdan gələn Konstitusiya Günü münasibətilə hər kəsi təbrik edən Asif Əsgərov YAP-a üzv olan, o cümlədən sərgidə iştirak edən yaradıcı gənclərə uğurlar arzulayıb.

          YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxışında Ulu öndərin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycanın onun müəyyən etdiyi strateji xətlə inkişaf etməsindən danışıb və Yeni Azərbaycan Partiyasının üzvlərini partiyanın 24 illiyi münasibətilə təbrik edib. Rektor deyib: “Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycan  gəncliyinə göstərdiyi diqqət və qayğı göz qabağındadır. Azərbaycan Ulu öndərin qoyub getdiyi möhtəşəm bir əsərdir. Bugünkü sərgidə nümayiş olunan rəsmlərdə  Azərbaycanın yaradıcı gəncləri öz ağıl və bacarıqlarını rənglərin  dili ilə ifadə etməyi bacarıblar”.

          Tədbirdə çıxış edən Nəsimi rayon YAP təşkilatının sədri, millət vəkili Məlahət İbarahimqızı Yeni Azərbaycan Partiyasının 24 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. M.İbrahimqızı Yeni Azərbaycan Pariyasının gənclərin həyatında, onların inkişafındakı rolundan danışıb. O, Dövlət Gənclər siyasətinin Nəsimi rayonunda uğurla həyata keçirildiyini, gənclərin fikir və təkliflərinə daim müsbət yanaşılmasının onların inkişafında mühüm rol oynadığını qeyd edib.

          Tədbir çərçivəsində YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirakına görə bir qrup gənc diplomla mükafatlandırılıb. Partiyaya yeni üzv olan bir neçə gəncə vəsiqələr  təqdim edilib.

          Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirlib.

 

BSU-nun Mətbuat xidməti