"Tələbə dünyası" qəzeti

     «Tələbə dünyası» qəzetinin ilk sayı 9 noyabr 2000-ci ildə nəşr olunmuşdur. Qəzetin hər sayında müxtəlif rubrikalar altında universitetin müəllim və tələbələrinin məqalələri, şerləri və tərcümələri dərc olunur. «Yaddaşımızı təzələyək», «Tapın görək», «Bilirsinizmi?», «Bunu bilmək lazımdır», «Bura Vətəndir», «Tariximizin qan yaddaşı», «Slavyan dünyası», «Əsrlərdən gələn səslər», «Nobel mükafatı laureatları», «Hikmət xəzinəsindən», «Dahi şəxslərin həyatından», «Xalq təbabəti», «Bəşəriyyətin sirləri» və s. rubrikalarında ictimai, siyasi, mədəni, tarixi, elmi və digər mövzularda maraqlı yazılar oxuculara təqdim olunur. Qəzetin səhifələrində universitet həyatında baş verən yeniliklər, keçirilən tədbirlər, görüşlər geniş işıqlandırılır. Hər il «Tələbə dünyası» qəzeti «Dünya tələbə gözü ilə» və «İstedadlı tələbə» adı altında müsabiqələr keçirir. Adı çəkilən müsabiqələrin sərgiləri təşkil olunur və qalib gəlmiş tələbələrə tərifnamələr verilir.