Azərbaycan filologiyası və jurnalistika fakültəsi Bakı Slavyan Universitetinin 23.09.2011-ci il tarixli 4 saylı əmri ilə Azərbaycan filologiyası və Jurnalistika ixtisasları üzrə kadr hazırlığını aparmaq, bu sahədə mövcud kadr potensialından, elmi-metodik və texniki bazadan səmərəli istifadə etmək məqsədilə yaradılıb. Fakültəsinin nəzdində üç kafedra fəaliyyət göstərir Türkologiya, Azərbaycan ədəbiyyatı, Müasir Azərbaycan dili.
Fakültədə «Filologiya (Azərbaycan dili və ədəbiyyatı)», «Jurnalistika», «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasları üzrə kadrlar hazırlanır.
«Azərbaycan dili və ədəbiyyatı» müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr Bakı şəhərinin qabaqcıl məktəblərində pedaqoji təcrübə keçirlər. Onlar həmçinin ölkəmizin digər şəhəhərlərinə də könüllü olaraq pedaqoji təcrübəyə göndərilirlər.