Tələbələrin imtahan təəssüratları

FAKÜLTƏ : PEDAQOJİ

İXTİSAS:Məktəbəqədər təlim tərbıyə

QRUP: MTT - 105

Kərimova Qənirə

 

 

 

 

 

 

     Biz, keçən semestrin sonunda 5 fəndən imtahan verdik. İmtahan ərzində bizə kənardan heç bir müdaxilə, süni maneəçilik törədilmədi. Nəzarətçilər bizə diqqətlə nəzarət etdiyindən imtahan müddətində heç bir qanunsuzluğa yol verilmədi. Bütün bunlar bizə imtahanlarımızı uğurla verməyə gözəl şərait yaratdı və biz sessiyanı uğurla başa vurduq.

     Ümid edirik ki, qarşıdakı gələn yay imtahan sessiyasında da  biliklərimizi indiki kimi layiqincə nümayiş etdirəcəyik.

 

FAKÜLTƏ : PEDAQOJİ

İXTİSAS: İbtidai sinif müəllimliyi

QRUP: İSM - 101

İbrahimova Asiya

 

 

 

 

 

 

     Я, студентка 1-го курса Педагогического факультета Бакинского Славянского Университета. Университет сразу стал моим родным домом. Мне здесь нравится все. И занятия, которые проводятся профессиональными преподавателями на высоком уровне, и сама атмосфера. Именно здесь мы всегда  можем получить поддержку и совет cо стороны сотрудников педагогического факультета и преподавателей. Первая экзаменационная сессия прошла благополучно. Преподаватели, проверяющие наши работы были объективны и справедливы и поэтому мы все получили свои заслуженные оценки. Мы уверены,что и на последущей сессии главным и основным критерием будут наши знания.

 

FAKÜLTƏ : PEDAQOJİ

İXTİSAS: TƏHSİLDƏ SOSİAL PSİXOLOJİ XİDMƏT

QRUP: TSPX-103

QƏRİBOVA SƏBİNƏ

 

 

 

 

 

 

 

     Universitetə qəbul olmaq üçün hazırlaşdığım vaxtlarda digər universitetlərlə yanaşı Bakı Slavyan Universiteti daha çox diqqətimi çəkdi. Maraqlandığım zaman şahidi oldum ki, digər universitetlərə nisbətən mənim seçdiyim universitet daha yaxşıdır. Hal-hazırda  da burada ali təhsilimi alıram. Dərslərimiz çox maraqlı və aktiv keçir. Bizə dərs deyən müəllimlərin hər biri dərslərində çox məsuliyyətli və ciddidirlər. Biz də dərslərimizə daha ciddi və məsuliyyətlə yanaşırıq. Hər bir uğurumuza gorə müəllimlərimizə çox borcluyuq.

     I kursun ilk Qış imtahan sessiyası bizim üçün ilk təcrübə idi.

     Amma dərslərimizə kifayət qədər hazırlaşdığımız üçün bizə çətin olmadı. İmtahanlarımız da çox şəffaf keçirildi.

     Hal-hazırda Yay imtahan sessiyası yaxınlaşır. Dərslərimizə var gücümüzlə çalışırıq. Mən özüm də dərslərim üzərindəki ciddiliyimi qoruyuram. Ona görə də, ümid edirəm ki, növbəti imtahanlarda da bu müvəffəqiyyətimi qoruyacağam.

     Baki Slavyan Universitetinin tələbələri hər zaman dərslərində fəal və çalışqandırlar. Fakültə üzrə ən yüksək bal toplayan tələbə kimi ümid edirəm ki, bu imtahanlarımızdan da uğurla keçəcəyik.

 

FAKÜLTƏ : PEDAQOJİ

İXTİSAS: TƏHSİLDƏ SOSİAL-PSİXOLOJI XİDMƏT

QRUP: TSPX-104

Rumyantsev Vadim Viktoroviç

 

 

 

 

 

 

 

     Я, Румянцев Вадим Викторович, являюсь студентом Бакинского Славянского Университета. С выбором учебного заведения и специальности определился давно: по окончании 10 класса поставил цель поступить в БСУ, дабы воплотить в жизнь свои мечты об успешной карьере научного работника и по совместительству преподавателя. Обучаюсь на очном отделении по специальности «Социально-психологическая служба в образовании».

    Доволен абсолютно всеми фундаментальными ступенями студенческой жизни: великолепным профессорско-преподавательским составом, успешно проведенной зимней сессией, психологической атмосферой в аудитории, дружным и сплоченным коллективом и многим-многим  другим!

     Каждый, кто поставит цель после успешной сдачи экзаменов поступить в Бакинский Славянский Университет, отнюдь не пожалеет в совеем правильно выбранном решении, ибо БСУ- основа успешной карьеры и хорошего будущего!

    От лица всей нашей группы выражаю глубокое уважение и почтительность руководству , профессорско-преподавательскому составу и сотрудникам педагогического факультета. Остался доволен, что выбрал именно тот Университет,  к которому питал надежду!!

 

Cabbarlı Sevinc Şıxəli qızı – “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə I kurs magistrant

     Onu qeyd etməliyəm ki, payız – imtahan sessiyası çox yüksək səviyyədə təşkil edilmişdir. Fənlər üzrə imtahan arası məsafə düzgün bölüşdürüldüyü üçün hər imtahana hazırlaşmağa kifayət qədər vaxtımız olurdu. Bütün imtahanlarımız öz vaxtında başlamış və koordinatorlar tərəfindən imtahanların şəffaf keçirilməsinə nəzarət olunmuşdur. İmtahan nəticələrimizi yoxlayan müəllimlər isə hər bir tələbənin cavabına məsuliyyətlə yanaşaraq ədalətli qiymətləndirmə aparmışdılar. İmtahan nəticələrimdən çox razıyam.

 

 Kərimli Fidan Rauf qızı – “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə I kurs magistrant

     Payız - imtahan sessiyası zamanı bizim üçün çox rahat şərait və imkan yaradılmışdı. Nəticələr imtahan günü açıqlanırdı və narazı qalanlar üçün appellyasiya komissiyası təşkil olunur. Bizi ən çox sevindirən appelyasiya komissiyasında rektorumuz Nurlana xanımın iştirakı oldu. O, hər bir tələbə və magistrantın nəticələri ilə yaxından maraqlanırdı. Mənim appelyasiyaya ehtiyacım olmadı çünki nəticələrimdən razı idim. Lakin qrup yoldaşlarımdan appelyasiyaya müraciət edənlər oldu və imtahan balları qaldırıldı. İmtahanlararası məsafə də kifayət qədər yaxşı idi. İmtahanlara çox rahat hazırlaşa bilirdik və saatları da uyğun vaxtlarda təşkil olunmuşdu. Bir sözlə imtahan sessiyasından çox razı qaldım.

 

Hüseynli Samirə İsmət qızı – “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə I kurs magistrant

     Mən, Magistratura şöbəsinin “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə I kursda təhsil alıram. İmtahan sessiyasının obyektiv şəkildə təşkil olunduğunu düşünürəm. Nəzarətin güclü təşkili, telefonların və digər elektron vasitələrinin yığılması, eləcə də rektorumuz Nurlana xanımın, dekanımız Sevinc xanımın imtahanın hansı şəkildə keçirilməsinə şəxsən nəzarət etmələri prosesin daha şəffaf keçirilməsinə zəmin yaratmışdır. İmtahan zamanı olunmuş yeniliklər qiymətləndirmənin daha obyektiv aparılmasına zəmin yaratmış və hər bir magistranta layiq olduğu qiymət verilmişdir. Bu sessiyanı əla qiymətlə başa vurmağım imtahanların şəffaf keçirilməsinin bariz nümunəsidir. Əlaçı təqaüdü alacağım üçün çox sevinirəm. Bir sözlə, Bakı Slavyan Universitetinin magistrantı olmağımdan çox məmnunam.

 

 

Əlizadə Könül Arzu qızı – “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə I kurs magistrantı

     Bu il Bakı Slavyan Universitetinin magistrantı olaraq qış sessiyası ərzində 6 fəndən imtahan verdim. İmtahanlar çox şəffaf, ciddi, ədalət prinsiplərinə uyğun keçirildi. İmtahan prosesii ərzində heç bir problem yaşamadım. Nəzarətçilər, onların magistrantlara yanaşma tərzi, imtahan zallarının təminatı - bir sözlə, hər şey yüksək səviyyədə idi. Xüsusi olaraq bütün sessiya boyu hörmətli rektorun şəxsən başçılığı ilə imtahanların gedişatına nəzarət, şikayətlərin dinlənilməsi üçün yaradılan komissiyanın fəaliyyəti diqqətə layiqdir. Mən də imtahanlarımın birində topladığım baldan narazı oldum, heç bir problem yaşamadan appelyasiya komissiyasına müraciət etdim və Nurlana xanımın şəxsən özünün qəbulunda oldum. Çox şadam ki, appelyasiya uğurlu və ədalətli keçdi və əziyyətim qiymətləndirildi. Hörmətli Nurlana xanım, belə şərait yaratdığınıza görə Sizə  öz minnətdarlığımı bildirirəm. Növbəti-yay sessiyasında da eyni şəffaf şəraiti müşahidə edəcəyimə ümid edirəm.

 

 

 

Bayramova Aygül Arif qızı“İngilis dili” ixtisası üzrə I kurs magistrant

     Payız - semestr imtahanlarında heç bir qayda pozuntusu ilə qarşılaşmadım. İmtahanlar çox rahat və şəffaf şəkildə keçirildi. İmtahanların şəffaflığına görə başda hörmətli rektorumuz Nurlana xanım olmaqla, sessiya zamanı əziyyətimizi çəkən hər kəsə öz təşəkkürümü bildirirəm.

 

  

Qarayeva Könül Nuru qızı“Ümumi dilçilik”  ixtisası üzrə I kurs magistrant                                                           

     Mən artıq 5 ildir ki, Bakı Slavyan Universitetində təhsil alıram. Oxuduğum müddətdə istər imtahanlarda, istərsədə mühazirə və seminarlarda hər zaman obyektivlik, diqqət və qarşılıqlı hörmət görmüşəm. Bakalavrda oxuduğum müddətdə qərar vermişdim ki, magistr təhsilimi də məhz bu universitetdə almalıyam. Verdiyim qərardan peşman deyiləm.  

     Payız-imtahan sessiyası zamanı bizə yaradılan şəraitdən çox razı qaldıq. İstər imtahan prosesindən, istərsə də  imtahandan sonra nəticələrimdən razı qaldım.