TƏDRİSİN TƏŞKİLİ VƏ TƏDRİS RESURSLARI ŞÖBƏSİ

     Pedaqoji və istehsalat təcrübə sektoru

     Tədris prosesinin monitorinqi sektoru

     Hazırlıq tədrisinin təşkili sektoru

     Tədris prosesinin qurulmasını, davamlılığını və effektivliyinin təmin edir;

     Tədris prosesinin qurulmasını, davamlılığını və effektivliyinin təmin edir;

     Tədris prosesinin qurulmasını, davamlılığını və effektivliyinin təmin edir;

     Universitet üzrə cari tədris ili üçün akademik təqvimi tərtib edir və bütün struktur vahidlərə çatdırır;

     İxtisas kafedraları ilə birlikdə bakalavriat və magistratura səviyyələri üzrə tədris standartlarına uyğun olaraq tədris planlarını tərtib edir;

     Müəllimlərin illik tədris yükünün tələbələrin seçimi əsasında formalaşmasına, tədris planlarına uyğunluğuna, yerinə yetirilməsinə nəzarət edir və təsdiqləyir;

     Dekanlıqlar tərəfindən tərtib olunmuş dərs cədvəllərini, semestrlərin sonunda isə imtahan cədvəllərini tədris proqramları və sillabuslarla müqayisə edir;

     Dərslərin tədris planlarına uyğun olaraq təşkilinə nəzarət edir;

     Kafedralarda tədris olunan bütün fənlər üzrə proqram, dərslik və dərs vəsaitlərinin mövcudluğuna nəzarət edir;

     Professor-müəllim heyətinin açıq dərslərinin və qarşılıqlı dərs dinləmələrinin qrafikə uyğun həyata keçirilməsinə nəzarət edir, ustad dərslərinin və açıq video dərslərin keçirilməsini təşkil edir;

     Tədris prosesinin normal keçməsi məqsədilə dekanlıqları, aidiyyatı olan şöbələri və kafedraları lazımi tədris materialları (jurnallar, göndəriş blankları, təqaüd blankları, arayış blankları, tədris saatlarının hesablama cədvəlləri, akademik dərs yükünün bölgüsü cədvəli) ilə təmin edir;

     Universitet üzrə akademik borcu olan tələbələrin qeydiyyatını aparır, akademik borcların ləğv edilməsi üçün onların müxtəlif fakültərdə yerləşdirilməsinə nəzarət edir;

     Mövcud Əsasnamənin tələblərinə uyğun olaraq akademik borcu olan tələbələr üçün yay semestrini (III semestr) təşkil edir;

     İmtahan sessiyalarının və dövlət imtahanlarının keçirilməsini təşkil və nəzarət edir, fakültələrdən imtahanların nəticələri ilə bağlı hesabatları toplayaraq ümumiləşdirir və müzakirəsini keçirir;

     İmtahan sessiyası bitdikdən sonra yekun hesabatların Təhsil Nazirliyinə vaxtında çatdırılmasını təmin edir;

     Yekun Dövlət Attestasiyası Komissiyasının (YDAK) sənədlər toplusunu və sədrlərinin hesabatlarını hazırlayıb Universitet Elmi Şurasına və Təhsil Nazirliyinə təqdim edir;

     Mütəmadi olaraq tədris ilində planlaşdırılmış dərs yükünün faktiki yerinə yetirilməsinə nəzarət edir;

     Kafedralarda tədris işi ilə bağlı həyata keçirilən nəzəri və praktik işlərin yerinə yetirilməsinə köməklik göstərir;

     Kafedralar tərəfindən bütün fənlər yeni dərs proqramlarının hazırlanmasına köməklik göstərir;

     Təcrübə müəssisələri ilə pedaqoji, istehsalat və diplomqabağı təcrübələrin müqavilələrinin bağlanmasını təmin edir, tələbələrin müvafiq müəssisələr üzrə bölgüsünü aparır;

     Təcrübələrin nəticələrini təlimata uyğun müzakirə edib Elmi Şuraya məlumat verir;

     Tələbələrə təqdim olunacaq buraxılış işlərinin mövzuları və magistrantlara veriləcək dissertasiya işlərinin mövzuları barədə kafedralardan alınan məlumatları uzlaşdırır;

     Universitet rəhbərliyinin təsdiqi ilə növbəti tədris ili üçün müxtəlif ixtisaslar üzrə bakalavriat və magistratura pillələrinə tələbə qəbulunu planlaşdırır və Təhsil Nazirliyinə təqdim edir;

     Tələbə kontingentinin hərəkəti ilə bağlı aylıq hesabatlar hazırlayır;

     Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər nazirlik, təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimat, məktub,rəhbər əmrlər və digər sənədləri icraata qəbul edir və onların icrasına nəzarət edir.