ELMİ TƏDQIQATLARIN TƏHLİLİ VƏ İNNOVASİYALAR ŞÖBƏSİ

     Elmi tədqiqatların təhlili və innovasiyalar şöbəsi 2013-cü ilin iyun ayından fəaliyyət göstərir.

     Universitet əməkdaşlarının elmi-tədqiqat işi hər bir müəllimin peşəkarlıq qabiliyyətinin və səriştəsinin artırılması, onların tədris prosesinə innovativ pedaqoji və informativ texnologiyaların tətbiqində iştirakı, dərs vəsaitlərinin, metodik tövsiyələrin, elmi məqalə və tezislərin yazılması və çap olunması məqsədilə həyata keçirilir.

     Şöbə universitetimizin kafedra və laboratoriyalar tərəfindən yerinə yetirilən fundamental elmi-tədqiqat işlərin keçirilməsi və koordinasiyası, təşkili, planlaşma qaydalarını müəyyən etmək məqsədilə yaradılıb. Bununla yanaşı, şöbənin əsas işlərindən biri də elmi seminarların keçirilməsidir.

     Şöbənin əsas vəzifələrinə kafedra və laboratoriyalar tərəfindən yerinə yetirilən elmi-tədqiqat işlərin tematik planlarının koordinasiyası, tematik tədqiqatların və işlənmələrin illik planlarının hazırlanmasının təşkili aiddir.

     Şöbə aşağıdakı funksiyaları yerinə yetirir:

• Şöbənin illik iş planının tərtib olunması;
• Hər kafedra və laboratoriyanın tematik planın yığılması;
• Universitetin Elmi Şurasına ildə 1 dəfə illik hesabatı təqdim etmək;
• Universitetin kafedra və laboratoriyaları ilə sıx əməkdaşlıq;
• Elmi-tədqiqat işlərinin planının formalaşmasına yardım göstərilməsi;
• Universitetin təsdiq olunmuş elmi-tədqiqat işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət edilməsi;
• Elmi-tədqiqat işlərinin tam yoxlanılmasını təmin edir (texniki baxış, antiplaqiat proqramında yoxlanış, işin ekspertlər tərəfindən yoxlanılması).