DOKTORANTURA VƏ DİSSERTANTURA ŞÖBƏSİ

     Aspiranturada təhsil M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda 1962-ci ildən SSRİ-nin Ali və Orta İxtisas Təhsili Nazirliyinin qərarından sonra aparılmışdır.

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə Doktoranturalar yaradılmışdır. 2011-ci ildən Bakı Slavyan Universitetində yuxarıda göstərilən qərara əsasən elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbul həyata keçirilir. Hazırda BSUnun doktoranturasında və dissertanturasında 414 nəfər təhsil alır. Onlardan: elmlər doktoru proqramı üzrə doktorantların sayı – 34 nəfər; elmlər doktoru proqramı üzrə dissertantların sayı – 16 nəfər, fəlsəfə doktoru proqramı üzrə doktorantların sayı – 101 nəfər, fəlsəfə doktoru proqramı üzrə dissertantların sayı – 62 nəfərdir.      Azərbaycan vətəndaşları ilə yanaşı BSU-nun doktoranturasında bu illər ərzində Rusiya, İran, Qazaxıstan, Türkiyə vətəndaşları da təhsil almışdır. Hazırda əcnəbi vətəndaşların sayı 15 nəfərdir. Müxtəlif illərdə mövzularını təsdiq etmiş tədqiqatçıların sayı 201 nəfərdir, onlardan, aspirantlar – 38 nəfər, dissertantlar – 120, elmlər doktoru dissertasiyası üzərində tədqiqat aparanların sayı – 43 nəfərdir.

     Bakı Slavyan Universitetində tədqiqatlar aşağıda göstərilən ixtisaslar üzrə aparılır:

5706.01 – Azərbaycan dili
5716.01 – Azərbaycan ədəbiyyatı
5718.01 – Dünya ədəbiyyatı
5707.01 – Slavyan dilləri
5710.01 – Türk dilləri
5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik
5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid
5720.01 – Jurnalistika
5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
5901.01 – Beynəlxalq münasibətlər
6104.01 – Pedaqoji psixologiya
6107.01 – Ümumi psixologiya
6111.01 – Şəxsiyyətin psixologiyası
6303.01 – Ümumi sosiologiya

     Mütəmadi olaraq universitetin görkəmli alimləri ilə doktorantların və dissertantların görüşü keçirilir. Doktorant və dissertantlar elmi rəhbərləri ilə daimi ünsiyyətdə olurlar. Gənc tədqiqatçılar respublikada və respublikadan kənarda – Rusiya, Belarus, Ukrayna, Slovakiya, Türkiyə, Fransa, Belçika, İngiltərə, Amerika və s. ölkələrdə keçirilən elmi konfranslarda fəal iştirak edirlər.