TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

  

   

Tələbə Elmi Cəmiyyəti Bakı Slavyan Universitetinin tələbə və magistrantlarının elm sahəsinə olan maraq dairəsini genişləndirmək, konfranslarda iştirakını təmin etmək, onların yaradıcılıq qabiliyyətlərini ortaya çıxarmaq üçün yaradılan təşkilatdır. Tələbə Elmi Cəmiyyətinin məqsədi tələbə və magistrantları elm sahəsinə cəlb etmək, onların bu sahə ilə bağlı istedadlarını üzə çıxarmaq, konfranslarda iştiraklarını təmin
etməkdən ibarətdir. Tələbə Elmi Cəmiyyətinin sədri üzvlərdən ikisini sədr müavini, beş üzvünü isə fakültə üzrə sədr təyin edir.

Tələbə Elmi Cəmiyyəti aşağıdakıları vəzifələri həyata keçirir:
• Respublika və beynəlxalq tələbə, magistr, şagird elmi-praktik konfransları;
• Elm sahəsinə marağı olan tələbə və magistrantların konfranslar vasitəsilə üzə çıxmasını;
• Tələbə və magistrantların tezislərinin toplularda dərc olunmasını;
• BSU-da keçirilən konfranslara digər ölkədaxili və ölkədənkənar ali təhsil müəssisələrinin tələbə və magistrantların cəlb edilməsini, onların konfranslarda iştirakını təmin etmək üçün həmin ali təhsil müəssisələri ilə əlaqələr yaradır, əməkdaşlıq edir;
• BSU-nun tələbə və magistrantlarının ölkədaxili və ölkədənkənar digər ali təhsil müəssisələrində keçirilən respublika və beynəlxalq elmi-praktik konfranslarda iştirakını təmin edir.

     Tələbə Elmi Cəmiyyətinin hüquqları aşağıdakılardır:
• Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar sənəd və materialların hazırlanmasında iştirak etmək;
• Öz səlahiyyətləri daxilində tabe olduğu rəhbərliyə üzərinə düşən vəzifələrinin icrası zamanı aşkar edilən problemlər və çatışmazlıqlar haqqında məlumatlar, eləcə də onların aradan qaldırılması yolları haqqında təkliflər irəli sürmək;
• BSU-da keçiriləcək respublika və beynəlxalq tələbə, magistr elmi-praktik konfranslarında iştirak etmək üçün digər ölkədaxili və ölkədənkənar ali təhsil müəssisələrinə dəvətlər göndərmək;                                                                                                                   • BSU tələbə və magistrantlarının digər ölkədaxili və ölkədənkənar ali təhsil müəssisələrində keçirilən respublika və beynəlxalq elmi-praktik konfranslarında iştirak etmək üçün müraciətlər göndərmək;
• BSU Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində fərqlənən gənclərin mükafatlandırılması və rəsmi təşəkkür elan edilməsi haqqında təklif və tövsiyyələr vermək.