ƏCNƏBİ TƏLƏBƏLƏRİN BAKI SLAVYAN UNİVERSİTETİNİN YATAQXANASINDA YERLƏŞDİRİLMƏSI

ƏCNƏBİ TƏLƏBƏLƏRİN  BAKI SLAVYAN UNİVERSİTETİNİN YATAQXANASINDA  YERLƏŞDİRİLMƏSI

Bakı Slavyan Universitetinin tələbə yataqxanası mövcuddur. Yataqxana universitetin əsas tədris binasından avtobusla 20 dəqiqəlik məsafədə yerləşir.

Əcnəbilər otaqlarda 2-3 nəfər olaraq yerləşdirilir. Hər otaqda eyvan və sanitar qovşağı mövcuddur. Mərtəbədə oxu zalı, mətbəx, kompüter otağı, camaşırxana otağı, pulsuz Wi-Fi və istilik sistemi əcnəbi tələbələrin istifadəsinə verilir.

Yataqxanada  qalma xərcləri əcnəbi tələbə tərəfindən ödənilir.
2022/2023-cü tədris ili üçün yataqxanada qalma xərci aylıq ödəniş
100 AZN təşkil edir.