ƏCNƏBİ VƏTƏNDAŞLAR ÜÇÜN HAZIRLIQ ŞÖBƏSİ

Bakı Slavyan Universitetində Əcnəbilər üçün hazırlıq şöbəsi 2008-ci ildən fəaliyyət göstərir.  Əcnəbilər üçün hazırlıq şöbəsinə tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi olan əcnəbi vətəndaşlar qəbul olunur.

Hazırlıq şöbəsinin məqsədi əcnəbi vətəndaşların humanitar yönümlü ali təhsil müəssisələrinə qəbulu üçün Azərbaycan və ya Rus dilinin öyrədilməsidir. Beləliklə, rus və ya Azərbaycan dilini sərbəst bilən amma əvvəlki təhsillərini başqa bir dildə alan əcnəbi vətəndaşlar  bakalavriat və magistratura təhsil səviyyələrinə qəbul olunmaq üçün hazırlıq şöbəsində təhsil almaqları zəruridir.

Tədris ilinin sonunda buraxılış imtahanların müvəffəqiyyətlə vermiş dinləyicilərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir.

Əcnəbilər üçün hazırlıq şöbəsində dərslər tədris ili ərzində hər iş günü saat 08.30-dan 14.00-a kimi   6-8 akademik saat olmaqla keçirilir.

2020/2021-ci tədris ilində Əcnəbilər üçün hazırlıq şöbəsində təhsil haqqı 1000 AZN təşkil edir.

Əcnəbilər üçün hazırlıq şöbəsinin dinləyiciləri Bakı Slavyan Universitetində təhsil alan yerli tələbələrlə eyni hüquq və imkanlara malikdirlər (kitabxanalardan və idman zalından istifadə, yataqxanada yerləşdirilmə, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsilə təmin olunma və s.)