Tələbə yataqxanası

     Bakı Slavyan Universitetinin tələbə yataqxanası 1965-ci ildə istifadəyə verilmiş beşmərtəbəli yaşayış binasından ibarətdir. Yataqxananın ikinci-  dördüncü mərtəbələri universitetdə dərs deyən bəzi müəllimlər, yerli və xarici tələbələr üçün nəzərdə tutulub. Burada həmçinin tibb məntəqəsi, komendant, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası üçün də ayrıca otaqlar vardır. Yataqxananın 4-cü mərtəbəsi tamamilə yerli qız tələbələri üçün ayrılmış və bu mərtəbə hər birinin yaşayış sahəsi 18-22 m² olmaqla 22 otaqdan ibarətdir.  

     Binanın 2-ci mərtəbəsində əcnəbi tələbələr yaşayır. Onlar arasında Türkiyədən, Pakistandan, İran İslam Respublikasından, Çindən, Misirdən, Cənubi Koreyadan, Nigeriyadan və digər ölkələrdən gəlmiş 20-dən artıq əcnəbi tələbə vardır. Bu mərtəbədə 7 otaq birnəfərlik, 8 otaq ikinəfərlik, 15 otaq isə üç nəfərlikdir.

     Bakı Slavyan Universitetinin tələbə yataqxanasında kombi sistemi təhciz edilmiş istilik mərkəzi vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün iş masaları quraşdırılıb. Tələbələr asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana və tədris otağı onların ixtiyarına verilib. Yeni təmir olunmuş mətbəx isə zəruri avadanlıqlarla təmin olunub. Tələbə yataqxanasının binası telefon və yüksəksürətli internet (Wi-Fi) xətləri ilə təmin olunub.

     BSU-nun tələbə yataqxanası Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 152 ünvanında yerləşir.