MÜASIR YUNAN DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

     Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi Yunanıstan hökuməti və Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılmış və 2004 –cü il iyunun 22 – də Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos tərəfindən açılmışdır.

     Mərkəzdə Yunanıstanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, müasir dövrdə Azərbaycan – Yunanıstan əlaqələrinə aid materialların cəmləndiyi kitabxana, texniki vasitələrlə təchiz edilmiş tədris otaqları mövcuddur.

     Mərkəzin xidmətlərindən universitetin Yunanıstan və digər Avropa ölkələri üzrə ixtisaslaşan tələbələri, Azərbaycan – Yunanıstan əlaqələri ilə maraqlananlar istifadə edirlər.

     Burada bir sıra mədəni – kütləvi tədbirlər, Yunanıstanı təmsil edən dövlət, elm, siyasət, mədəniyyət xadimləri ilə görüşlər, tematik seminarlar, məruzələr təşkil edilir, yunan dili və mədəniyyəti dərnəyi fəaliyyət göstərir.