M.TANK ADINA BELARUS DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ AZƏRBAYCAN DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

   

      Belarus Respublikasının M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzi 2010-cu ilinin 9 dekabr tarixində açılmışdır.Təntənəli açılış mərasimində BDPU-nun rektoru, texniki elmlər doktoru, Belarus Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü, professor P.D.Kuxarçik, Azərbaycan Respublikasının Belarusdakı Fövqəladə və Səlahiyyətli səfiri Ə.Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov, Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, Azərbaycan diasporasının təmsilçiləri və BSU-nun nümayəndə heyəti iştirak etmişlər.

      Mərkəz müasir kompüter avadanlığı, geniş ekranlı televizor, musiqi mərkəzi ilə təchiz olunmuşdur.Mərkəzin zəngin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən, onun müasir həyatından bəhs edən albom və kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, elmi nəşrlər, dərsliklər və tədris vəsaitlərindən, lüğətlər və məlumat kitabçalarından, qəzet və jurnallardan ibarətdir.