BELARUS DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

        Belarus Dili və Mədəniyyəti Mərkəzi Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin, Belarus Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaradılmış və 2010-cu il 4 iyunda Belarus Respublikasının prezidenti AleksandrLukaşenko tərəfindən təntənəli şəkildə açılmışdır.

     Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarus arasında mədəni əlaqələrin geniş inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaqdır.

     Mərkəz müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə metodik vəsaitlər, Belarus Respublikasının mədəniyyəti və tarixi haqqında məlumatlar, Belarusun məşhur müəlliflərin ədəbi əsərləri və bəstəkarların musiqi əsərlərindən ibarət olan zəngin kitabxana toplanılmışdır.

     Mərkəzdə Belarusun milli bayramlarına həsr olunmuş tədbirlər, məşhur belarus yazıçı və şairlərin ildönümü və yaradıcılıq gecələri keçirilir. Mərkəzdə həmçinin «Mənim irsim» güşəsi fəalliyyət göstərir. Burada milli geyim, belarus xalqının məişəti və adət ənənələri ilə tanış olmaq olar.

     Mərkəz Azərbaycanda Belarus Respublikasının Səfirliyi, «Azərbaycan-Belarus» Əməkdaşlıq və Dostluq Cəmiyyəti və Belarusda Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən «Azərbaycan dili və Mədəniyyəti Mərkəzi» və «Azərbaycan cəmiyyətlərin konqresi» ilə sıx əməkdaşlıq edir.