ELAN

Diqqət!
 
Bakı Slavyan Universiteti “Dekan müavini”
vəzifəsi üzrə vakansiya elan edir:
 
✔️Tərcümə fakültəsi üzrə 1 yer ( tərbiyə işləri üzrə);
✔️ Təhsil fakültəsi üzrə 2 yer (1-tədris işləri üzrə, 1-tərbiyə işləri üzrə);
✔️Humanitar və sosial elmlər fakültəsi üzrə 1 yer (tədris işləri üzrə);
✔️ Xarici dil müəllimliyi fakültəsi üzrə 1 yer (tərbiyə işləri üzrə)
 
Namizəd bilməlidir:
 
✔️Tədris və elmin təşkilinə dair müvafiq qaydaları və qərarları, müvafiq icra hakimiyyəti strukturunun sərəncam və göstərişlərini, tədrislə bağlı normativ sənədləri, metodiki tövsiyələri, tədris planlarının tərtib olunması və işçi planlarının hazırlanması qaydalarını, ali məktəb pedaqogikasını, tədrisin təşkilinə dair sənədləşmənin aparılması qaydalarını, kredit sistemi ilə tədrisin təşkili qaydalarını.
Tələblər:
✔️Müvafiq fakültə üzrə elmi dərəcə və elmi ad;
✔️Tədris-tərbiyə sahəsində minimum 3 il elmi-pedaqoji iş təcrübəsi;
✔️ Tələbələrlə işin təşkili;
✔️Fakültədə tədris və elmi fəaliyyətin təşkili
 
Bilik və bacarıqlar:
 
✔️Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, idarəetmə bacarığı, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, dinləmə, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
 
Qeyd: Yalnız vakansiyanın və müvafiq profilin tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bakı Slavyan Universitetinin əməkdaşlarına üstünlük veriləcəkdir. CV-lər azərbaycan dilində, mövzu qismində “Fakültə dekanının müavini” qeyd olunaraq 09.09.2022-ci il tarixinədək “hr@bsu-uni.edu.az” ünvanına göndərilməlidir.