Elan

BAKI SLAVYAN UNİVERSİTETİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL OLAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

 

✔️2022-2023-cü tədris ilində Bakı Slavyan Universitetinin Magistratura təhsil səviyyəsinə qəbul olunmuş bakalavrların qeydiyyatı 15.07.2022- ci il tarixindən saat 12.00-dan başlanacaq. Qeydiyyatdan keçmək üçün Portal.edu.az saytına daxil olaraq müvafiq sənədləri portala yerləşdirdikdən sonra qeydiyyat tamamlanmalıdır. 

 

Qeydiyyat üçün aşağıdakı sənədlər elektron formada tələb edilir:

 

✔️Şəxsiyyət vəsiqəsi (PDF); 

 ✔️Universiteti bitirmə haqqında arayış (cari ilin məzunlar üçün) (PDF);

✔️Bakalavr diplomu və diplom əlavəsi - (əvvəlki illərin məzunları üçün) (PDF);

 ✔️Bakalavrların magistratura qəbul imtahanının nəticəsi barədə məlumat (dim.gov.az) (PDF);

 ✔️Əlaqə telefon nömrəsi: (ev və mobil);

✔️Təhsil haqqı qəbzinin surəti - (ödənişli təhsil alanlar üçün) (PDF);

✔️3x4- 6 ədəd şəkil (PDF);

✔️Tibbi arayış – forma 086.