ELAN

Əziz tələbələr,

İyunun 1-dən Bakı Slavyan Universitetində 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada təşkil olunacaq. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək. Imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhədə asılıb. Fakültə dekanlarının cədvəl üzrə qəbul saatları elan olunub.


BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.


Bununla yanaşı, irad, təklif və fikirlərinizi qeyd etmək üçün hər iki tədris binasında müvafiq qutular qoyulacaq. Həmçinin, siz info@bsu-uni.edu.az elektron ünvanına yazmaqla da, sizi maraqlandıran suallarla müraciət edə bilərsiniz.