Elan

Hörmətli həmkarlar!

 

Bildiyiniz kimi doktoranturaya sənəd qəbulunun vaxtı 10 may tarixinədək uzadılmışdır.

Eyni zamanda Dövlət İmtahan Mərkəzinin keçirdiyi Xarici dil imtahanında iştirak edəcək şəxslərin siyahısı Təhsil Nazirliyi tərəfindən ümumi şəkildə  DİM-ə göndəriləcək.  

Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə sənəd təqdim etmiş doktorantların və dissertantların Xarici dil imtahanında iştirak etməsi üçün bu şəxslərə“imtahana buraxılır“ statusunun verilməsi vacibdir. Əks halda, yəni “imtahana buraxılır“ status verilməyən şəxslərin adı DİM-ə təqdim olunmayacaq.

Nəzərə almağınız xahiş olunur.