BSU-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimat mərasimi keçiriləcək

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tələbələri üçün məlumatlandırma sessiyalarının keçirilməsinə start verib.

İlk təqdimat mərasimi 29 aprel 2022-ci il tarixində (11:00-13:00 ) Bakı Slavyan Universitetinin (BSU) əsas binasının Akt zalında təşkil olunacaq.

Təqdimatlarda iştirak etməklə təşkilata üzv olma prosesi, könüllülüyün tələbələr üçün faydaları,  gələcək layihələr,  eyni zamanda layihələrə müraciət zamanı necə uğurlu namizəd ola bilmənin yolları  barədə ətraflı məlumatlar veriləcək.