Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali va orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 5 aprel tarixindən başlayacaqdır. Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər növbəti mərhələlərə buraxılacaq. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 5 may 2022-ci ildir. (Fəlsəfə fənni üzrə imtahan 1, 2, 5 sentyabr 2022-ci il tarixlərində, ixtisas imtahanı isə 12, 13 sentyabr 2022-ci il tarixlərində keçiriləcək).
Əlaqə üçün:
Ünvan: AZ 1014, S.Rüstəm, 33
Tel: +994 (12) 5990870 (daxili: 216)
Elektron ünvan: doktorantura@bsu-uni.edu.az