Elan

Hörmətli əməkdaşlar!

Nəzərinizə çatdırmaq istərdik ki, Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, 12 iyun 2022-ci il tarixində Doktoranturaya qəbul olunmaq istəyən namizədlər üçün qəbul imtahanı və hazırda doktorantura təhsili alan şəxslər üçün Xarici dil (ingilis,alman,fransız) fənnindən doktorluq (minimum) imtahanı keçiriləcəkdir. Kafedra və şöbələrdən maraqlanan əməkdaşların nəzərinə bu məsələni çatdırmağınızı xahiş edirik. Bildiririk ki, qeydiyyat prosesi barədə hələ ki, heç bir məlumat olmadığından mütəmadi olaraq Dövlət İmtahan Mərkəzinin rəsmi saytının izlənilməsi tövsiyə edilir: https://dim.gov.az/upload/iblock/5fc/5fcff85ca26d416608e4ae776b5b4db5.pdf

 

Daha ətraflı məlumat üçün Doktorantura və dissertantura şöbəsinə yaxınlaşa bilərsiniz.