Bakı Slavyan Universitetində gənc tədqiqatçılarla bağlı layihəyə start verilib

Bakı Slavyan Universitetində gənc tədqiqatçıların stimullaşdırılması üçün nəzərdə tutulmuş “Bakı Slavyan Universiteti üzrə gənc tədqiqatçıların elmi fəaliyyətlərinin mükafatlandırılması mexanizmləri” adlı layihəyə start verilib. Layihənin əsas məqsədi elmi tədqiqatların kommersiyalaşdırıla bilməsi və tətbiqi xarakterli olması üçün şəffaf mexanizmlərin yaradılmasından ibarətdir.

Akademik həyata yeni qoşulmuş gənc tədqiqatçıların dəstəklənməsi üçün təşkil edilmiş bu layihədə iştirak etmək istəyənlər aşağıdakı nominasiyalar üzrə müsabiqəyə müraciət edə bilərlər:

       
Layihənin adı “İlin gənc tədqiqatçısı” “Layihə əsaslı tədqiqatlar” “İlk tədqiqat nəticəsi”
Müraciət tarixi 15.11.2021 15.12.2021 15.12.2021
Müraciətin son tarixi 05.12.2021 25.01.2022 15.04.2022

Müsabiqənin şərtləri ilə bağlı ətraflı məlumatı universitetin rəsmi saytından əldə etmək mümkündür.

Universitetimizin gənc tədqiqatçılarını onların elmi potensialının artırılmasına xidmət edəcək bu layihədə iştirak etməyə dəvət edirik!!

Layihədə iştirak etmək üçün əlaqə koordinatları:

Əlaqə nömrəsi: (012) 599-08-70, daxili nömrə 518 (layihənin rəhbəri: f.ü.f.d, dosent Sevinc Abışova)

E-mail: musabiqe@bsu-uni.edu.az

Layihənin adı “İlin gənc tədqiqatçısı” “Layihə əsaslı tədqiqatlar” “İlk tədqiqat nəticəsi”

Müraciət tarixi 15.11.2021 15.12.2021 15.12.2021

Müraciətin son tarixi 05.12.2021 25.01