BAKI SLAVYAN UNİVERSİTETİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş 

“Azərbaycanşünaslığın aktual problemləri”

XII  Beynəlxalq elmi konfrans

7 may 2021-ci ildə Bakı Slavyan Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi  XII  Beynəlxalq elmi konfrans keçirəcəkdir.

2010-cu ildən başlayaraq ənənəvi keçirilən XII konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Ulu öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
  • Ən yeni Azərbaycan tarixinin şanlı səhifəsi – Qarabağ uğrunda Vətən müharibəsi

Azərbaycanın Vətən müharibəsində zəfəri Beynəlxalq münasibətlər kontekstində (dəyirmi masa)

  • Nizamişünaslıq Azərbaycanşünaslığın tərkib hissəsi kimi
  • Azərbaycan tarixi və mədəniyyəti müasir araşdırmalarda
  • Azərbaycan dili və ədəbiyyatının aktual problemləri
  • Azərbaycan iqtisadiyyatı qloballaşma dövründə
  • Hüquq və siyasi elmlər müasir Beynəlxalq münasibətlər sistemində

 

Sizi konfransda fəal iştiraka dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

İştirakla bağlı məlumat və məqalə elektron formada 30 mart 2021-ci ildən gec  olmayaraq aşağıdakı ünvana göndərilməlidir: E-mail:  azerbaycanshunasliq2021@mail.ru

Konfransın təqvimi:

 

Məqalələrin göndərilməsi üçün son tarix

30 mart  2021-ci il

Qəbul olunmuş məqalələr haqqında məlumatın verilməsi

5 aprel 2021-ci il

Konfransın plenar iclasının açılış mərasimi

7 may 2021-ci il

Bölmə iclasları

7 may 2021-ci il

Konfransın bağlanış mərasimi

7  may 2021-ci il

 

 

FORMA 1. Məqalənin tərtibi qaydaları:

  1. Həcm: 7 səhifəyə qədər, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətnin sözləri sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: ingilis dilində
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı qaydada olmalıdır: mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: (2) və ya (2; 5; 8) və ya (2, 14-15) və ya (2, 17; 7, 233-234)

Məqalənin strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi iş yeri və ünvanı əlaqə telefonu zəruridir, qalın şriftlə
  2. 2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

 

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

Təşkilati məsələlərlə bağlı suallarınızı  bu ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası /Bakı şəhəri, Bakı Slavyan Universiteti, AZ 1014, S.Rüstəm küç. 33.

E-mail: azerbaycanshunasliq2021@mail.ru  telefonlar: +99412 599-08-70, daxili 112.      

         QEYD: Çap olunmuş məqalələr toplusu bölmə iclaslarının sonunda yalnız müəllifin məruzəsindən sonra ona təqdim olunacaqdır. Redaksiya heyyəti tərəfindən çapa tövsiyyə olunacaq məqalələrin çapı ödənişli qaydada həyata keçiriləcək (hər məqalə üçün 50 (əlli) AZN.

    FORMA 2. Konfransda iştirak üçün bildiriş

 

Müəllifin:

Soyadı, adı, atasının adı

 

İş yeri

 

Vəzifəsi, elmi adı və dərəcəsi

 

Telefon

 

E-mail ünvanı

 

Məqalənin adı

 

Açar sözlər        

 

MƏQALƏ (bu cədvəldən sonra əlavə olunur)