Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş
“Azərbaycanşünaslığın aktual problemləri”
XII Beynəlxalq elmi konfrans
7 may 2021-ci ildə Bakı Slavyan Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XII Beynəlxalq elmi konfrans keçirəcəkdir.
2010-cu ildən başlayaraq ənənəvi keçirilən XII konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Azərbaycanın Vətən müharibəsində zəfəri Beynəlxalq münasibətlər kontekstində (dəyirmi masa)
Sizi konfransda fəal iştiraka dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis
İştirakla bağlı məlumat və məqalə elektron formada 30 mart 2021-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir: E-mail: azerbaycanshunasliq2021@mail.ru
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix | 30 mart 2021-ci il |
Qəbul olunmuş məqalələr haqqında məlumatın verilməsi | 5 aprel 2021-ci il |
Konfransın plenar iclasının açılış mərasimi | 7 may 2021-ci il |
Bölmə iclasları | 7 may 2021-ci il |
Konfransın bağlanış mərasimi | 7 may 2021-ci il |
FORMA 1. Məqalənin tərtibi qaydaları:
Ədəbiyyata istinadlar aşağıdakı qaydada olmalıdır: mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: (2) və ya (2; 5; 8) və ya (2, 14-15) və ya (2, 17; 7, 233-234).
Məqalənin strukturu:
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası /Bakı şəhəri, Bakı Slavyan Universiteti, AZ 1014, S.Rüstəm küç. 33.
E-mail: azerbaycanshunasliq2021@mail.ru telefonlar: +99412 599-08-70, daxili 112.
QEYD: Çap olunmuş məqalələr toplusu bölmə iclaslarının sonunda yalnız müəllifin məruzəsindən sonra ona təqdim olunacaqdır. Redaksiya heyyəti tərəfindən çapa tövsiyyə olunacaq məqalələrin çapı ödənişli qaydada həyata keçiriləcək (hər məqalə üçün 50 (əlli) AZN.
FORMA 2. Konfransda iştirak üçün bildiriş
Müəllifin: Soyadı, adı, atasının adı |
|
İş yeri |
|
Vəzifəsi, elmi adı və dərəcəsi |
|
Telefon |
|
E-mail ünvanı |
|
Məqalənin adı |
|
Açar sözlər |
|
MƏQALƏ (bu cədvəldən sonra əlavə olunur) |