Bakı Slavyan Universiteti tələbələrinin nəzərinə!

 

Əziz tələbələr!

Gənc Yaradıcılar Klubu Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatında özünəməxsus xüsusiyyətləri və yenilikləri olan bir klubdur. Klubun fəaliyyətində müxtəlif ekskursiyalar, poeziya gecələri, seminarlar, kitab müzakirələri, ədəbi tənqid mülahizələri yer alır. Eyni zamanda, universitetdə klubun təşkil etdiyi müxtəlif kütləvi tədbirlər də təqdirəlayiqdir.

Əziz tələbələr, Gənc Yaradıcılar Klubu sizləri klubun bir parçası olmağa dəvət edir. Aktiv ictimai fəaliyyətdə olmaq tələbəlik çağlarının ən yaddaqalan, xoş, qayğılı günləridir. Gənc Yaradıcılar Klubuna qoşulmaq istəyən I tədris ili tələbələri 0513415134 əlaqə nömrəsinə, @gencyaradicilarklubu “Instagram” profilinə və ya ramazan18.99@mail.ru ünvanına yaza bilərlər.

Mətbuat və informasiya şöbəsi