Əziz tələbə-gənclər!
Sizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin Bakı Slavyan Universiteti (BSU) üzrə könüllüsü olmağa dəvət edirik. Könüllük fəaliyyətinə qoşulmaq üçün bu linkə daxil olmaq lazımdır:
https://chat.whatsapp.com/BW3pY7B5hLg6qyI9EwaELZ
MİSSİYAMIZ VƏ MƏQSƏDİMİZ
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin yaradılmasında əsas məqsəd idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin koordinasiya edilməsi, gələcəkdə keçiriləcək idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması, idman sahəsi üzrə dövlət təşkilat və müəssisələrində praktik təcrübə imkanlarının artırılması, bu sahədə işlərin daha keyfiyyətli və səmərəli təşkili və ümumilikdə, Azərbaycanda idmanın və bədən tərbiyəsinin davamlı inkişafına dəstək verməkdir. İnanırıq ki, təşkilatımız ölkəmizdə idmanın və bədən tərbiyəsinin təbliği və kütləviləşdirilməsində, yeni düşüncə tərzinə malik idmançı nəslinin formalaşdırılmasında özünəməxsus rol oynayacaqdır.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin rəsmi səhifələri:
https://www.facebook.com/sportsvolunteers.az/
https://instagram.com/sportsvolunteers.az/
http://asv.az/
t.me/sportsvolunteers (telegram)
https://www.linkedin.com/company/azerbaijan-sport-s-volunteers
Qeyd edək ki, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin BSU üzrə koordinatoru Murad Hüseynlidir. Əlaqə telefonu: 070-801-05-01
Mətbuat və informasiya şöbəsi