24 dekabr 2020-ci ildə Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” adlı Beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Filologiya elmləri
İctimai elmlər
Xarici dillər və onlarınn tədrisi metodikası
Pedaqoji və psixoloji elmlər
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix
20 noyabr 2020-ci il
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi
25 noyabr 2020-ci il
Məqalənin tərtibi qaydaları:
Həcmi: 3- 5 səhifə
Şrift : format A4, ölçü 12, şrift Times New Roman
Abzas: 1,25, interval 1,5, hər tərəfdən 2,0 sm.
Məqalənin strukturu:
Birinci sətirdə – Müəllifin soyadı, adı, atasının adı (kursivlə), ikinci sətirdə – elmi dərəcəsi iş yeri (kursivlə), üçüncü sətirdə müəllifin işlədiyi təşkilatın və ya müəissənin adı, şəhər, ölkə, elektron ünvanı, əlaqə telefonu, dördüncü sətirdə – məqalənin adı (böyük hərflərlə).
Xülasə: ingilis dilində
Açar sözlər: məqalənin adından sonra göstərilməlidir (azərbaycan, rus, ingilis dillərində).
İstinadlar məqalənin içində kvadrat mötərizədə verilməlidir. Nümünə [1, s. 54].
İstifadə olunmuş ədəbiyyat məqalənin sonunda bu qrif altinda verilməlidir: “Ədəbiyyat” sözü ortadan yazilmaqla, durğu işarələrsiz
İştirakla bağlı məlumat və məqalə elektron formada 20 noyabr 2020-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir: E-mail: filologiya@tedris-bsu.org
Təşkilat Komitəsi Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələri qəbul etməmək hüququna malikdir.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası /Bakı şəhəri, Bakı Slavyan Universiteti (II tədris binası), Nəsimi rayonu Şamil Əzizbəyov küç. 102
Телефон: +99412 5952820
Qeyd: Dərc olunmuş məqalələr və sertifikatlar elektron formada məruzələri dinlədikdən və bölmə iclaslarına yekun vurulduqdan sonra iştirakçılara göndəriləcək.