"Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası" adlı bilik yarışı

"Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" adlı bilik yarışı

Bakı Slavyan Universiteti rəhbərliyinin təşkilatçılığı ilə 10 may 2020-ci il tarixində saat 18:00-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" adlı bilik yarışı keçiriləcəkdir.

Bu yarışda Bakı Slavyan Universitetində təhsil alan bütün tələbə və magistrantlar iştirak edə bilərlər. Son müraciət tarixi 9 may 2020-ci il saat 18:00-a qədərdir.

 

Bilik yarışı "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" başlığı altında 5 yarımbaşlıq üzrə həyata keçiriləcəkdir:

 

Heydər Əliyevin həyatı

Heydər Əliyevin siyasəti

Heydər Əliyevin Azərbaycançılıq ideologiyası

Heydər Əliyev dünya liderlərinin xatirələrində

Heydər Əliyev və müasir Azərbaycan

 

Yuxarıda qeyd olunmuş hər  yarımbaşlıq üzrə 6 sual təqdim olunacaqdır.

Əlavə məlumat üçün Ölkəşünaslıq Klubunun bütün rəsmi səhifələrinə, gmail hesabına və elanda qeyd olunmuş əlaqə nömrəsinə suallarınızı ünvanlaya bilərsiniz.

Yarışın qalibləri birinci, ikinci və üçüncü yer üzrə müxtəlif sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

Mətbuat xidməti