BSU-da “FRED platforması - fransız dilini öyrənmək və tədris etmək üçün platforma” mövzusunda interaktiv treninq keçiriləcək

     

     21 fevral 2020-ci il tarixdə, saat 10:00-da Bakı Slavyan Universitetində ERASMUS+(PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri, Azərbaycanda Fransız İnstitutunun direktoru cənab Jerom Kel tərəfindən “FRED platforması - fransız dilini öyrənmək və tədris etmək üçün platforma” mövzusunda interaktiv treninq keçiriləcək.

     Treninq çərçivəsində cənab Jerom Kelin köməkçisi İlkin Babayev tərəfindən “Culturetheque”- 200 000-dən çox fransız dilində vəsaiti olan onlayn kitabxana və onun istifadə imkanları haqqında geniş məlumat veriləcək.

     BSU-da fransız dilini öyrənən tələbələr və bu dili tədris edən müəllimlər, eləcə də treninqlə maraqlanan digər şəxslər iştirak edə bilərlər.

Mətbuat Xidməti