“Dil siyasəti və müasir dövr” mövzusunda Beynəlxalq elmi konfrans

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SLAVYAN UNİVERSİTETİ

 “Dil siyasəti və müasir dövr” mövzusunda Beynəlxalq elmi konfrans

Bakı Slavyan Universiteti 13 dekabr 2019-cu il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli  Fərmanının icrası ilə əlaqədar   Azərbaycanşünaslıq və slavistika bölməsi, Müasir Azərbaycan dili və Türkologiya kafedralarının birgə təşkilatçılığı ilə “Dil siyasəti və  müasir dövr” mövzusunda Beynəlxalq elmi konfrans keçirəcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm
  • Dil və norma
  • Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti
  • Dilin saflığına dövlət qayğısı
  • Dilin tarixi və inkişaf perspektivləri
  • Kütləvi informasiya vasitələri və ədəbi dil

Sizi bu konfransda iştiraka dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis, türk

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 noyabr 2019-cu  il tarixdən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:  : azerbaycanshunasliq2019@mail.ru

Xarici ölkələrdən olan iştirakçıların xərcləri özləri tərəfindən ödənilir.

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix

15 noyabr 2019-cu il

Qəbul edilmiş məqalələr haqqında məlumatın verilməsi

30 noyabr 2019-cu il

Konfransın plenar iclasının açılış mərasimi

12 dekabr 2019-cu il

Bölmə iclasları

12-13 dekabr 2019-cu il

Konfransın bağlanış mərasimi

13 dekabr 2019-cu il

 

 

FORMA 1. Məqalənin tərtibi qaydaları:

  1. Həcm: 8  səhifəyə qədər, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətnin sözləri sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: ingilis dilində
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı qaydada olmalıdır: mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234]

Məqalənin strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi, iş yeri və ünvanı qalın şriftlə;
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə yazılır;
  3. Təşkilat və şəhərin adı adi şriftlə.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.

Təşkilati məsələlərlə bağlı suallarınızı aşağıdakı ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası, Bakı şəhəri, Bakı Slavyan Universiteti, AZ1014, S.Rüstəm küç., 33.

E-mail: azerbaycanshunasliq2019@mail.ru  telefonlar: +99412 599-08-70, daxili 112.                                                                                                                                                                          

Müəllifin

soyadı, adı, atasının adı

 

İş yeri

 

Vəzifəsi, elmi adı və dərəcəsi

 

Telefon

 

E-mail

 

Məqalənin adı

 

Açar sözlər        

 

MƏQALƏ (bu cədvəldən sonra əlavə olunur)