Abituriyentlərə müraciət

Əziz abituriyentlər!

 Qabaqcıl dövlət universiteti, slavyan ölkələrinin universitetləri ilə sıx dostluq və tərəfdaşlıq əlaqələri yaratmış, dünya universitetləri ilə müştərək beynəlxalq konfranslar keçirən, tələbə və müəllim mübadiləsinə geniş yer verən, diplomları Avropada tanınan, gənclərə mükəmməl bilik, peşə vərdişləri və bacarıqları aşılayan, fəaliyyətində Azərbaycan dövlətinin daxili və xarici siya­sətinin məramını əks etdirən Bakı Slavyan Universiteti gənclərimizi aşağıdakı ixtisaslar üzrə təhsil almağa dəvət edir:

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, rus, ingilis, alman və fransız dilləri üzrə “Xarici dil müəllimliyi”, rus və Azərbaycan bölmələri üçün “İbtidai sinif müəllimliyi”, rus bölməsi üçün “Rus dili və ədəbiyyat müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə”, ingilis, rus və digər slavyan dilləri üzrə “Tərcümə”, “Beynəlxalq münasibətlər”, “Jurnalistika”, Azər­baycan, rus, ingilis dil və ədəbiyyatları üzrə “Filologiya”, Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Polşa, Balkan ölkələri, Xəzəryanı ölkələr üzrə “Regi­onşünaslıq”.

XXI əsrin çağırışlarına cavab verən əmək bazarında özünüzə layiqli yer tutmaq, maraqlı tələbə həyatı yaşamaq, BSU-nun əməkdaşlıq etdiyi qabaqcıl dünya universitetlərində təcrübə keçmək, uğurlu karyeraya sahib olmaq istəyirsinizsə, Bakı Slavyan Universitetini seçin!   

 Ətraflı məlumatı saytımızın müvafiq bölmələrindən ala bilərsiniz.