BSU-da yay imtahan sessiyası ilə bağlı mediatur keçirilib
İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri və təhsil ekspretlərinin iştirakı ilə 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Tədbirə aparıcı KİV nümayəndələrindən “Azərbaycan”, “Azərbaycan müəllimi”, “İki sahil”, “Səs”, “Kaspi” qəzetlərinin, AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi, Azadinform.az, Faktinfo.az, Eduaz.az, Tehsilpress.az, Nuh.az, Media-tv.az saytlarının nümayəndələri, təhsil ekspertlərindən Kamran Əsədov, politoloq Rauf Rəcəbov qatılıblar.