BSU-nun professor və müəllim heyəti İsmayıllı rayonunun İvanovka kəndində görüş keçirəcək

       

       17 may 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin professor-müəllim və tələbələrindən ibarət nümayəndə heyəti İsmayıllı rayonunun İvanovka kəndinə səfər edəcək. Səfər çərçivəsində BSU nümayəndələri İvanovka kənd tam orta məktəbinin kollektivi, eləcə də yerli rus icmasının nümayəndələri ilə görüş keçirəcəklər. İvanovka kənd tam orta məktəbində Azərbaycan Rusdilli Məktəblər Assosiyasiyası ilə birgə məşhur rus yazıçısı V.M.Şukşinin 90 illik yubileyinə həsr olunmuş “Milyonlarla ürək bir istəkdə qovuşur” adlı ədəbi-bədii gecə təşkil olunacaq.