Bakı Slavyan Universiteti beynəlxalq əlaqələrini genişləndirir

BSU Volqoqrad Dövlət Sosial - Pedaqoji  Universiteti ilə müqavilə imzalayıb.

Bakı Slavyan Universiteti ilə Rusiyanın Volqoqrad Dövlət Sosial - Pedaqoji  Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

BSU-nun rektoru, professor Nurlana Əliyeva Volqoqrad Dövlət Sosial - Pedaqoji Universitetinin professoru Olqa Dimitriyevanı qəbul edib. Görüş zamanı professor N.Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq  əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə söz açıb. BSU-nun Rusiyanın qabaqcıl universitetləri ilə əlaqlərindən danışan N.Əliyeva həmin universitetlərdə fəaliyyət göstərən Azərbacan dili və mədəniyyəti mərkəzləri barədə qonağa məlumat verib. N.Əliyeva BSU-dakı tədris-mədəniyyət mərkəzlərinin, xüsusən Rusiya Tədris və Mədəniyyəti Mərkəzi nəzdində “Moskva auditoriyası”nın fəaliyyətindən söz açıb.