BSU kollektivi Ümummilli Liderin 96-cı ildönümü ərəfəsində Cocuq Mərcanlıya səfər edib

04 may 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü və rəhbərliyi  ilə BSU-nun çoxsaylı müəllim və tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Ulu Öndərin 96-cı ildönümü ərəfəsində baş tutan tədbirdə universitetin prorektorları, dekanları, kafedra müdirləri, ayrı-ayrı şöbələrin rəhbərləri də iştirak etmişlər. Səfərdən məqsəd Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbə maddi və mənəvi dəstək göstərmək, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizn daim diqqət və qayğısı altında olduğunu diqqətə çatdırmaq olub.