Işarət dilinə həsr olunmuş təlim

     13 mart 2019 cu il tarixdə, saat 14:00-da Bakı Slavyan Universitetində pedaqoji fakültə, Pedaqogika və psixologiya kafedrası, Psixoloqlar Klubunun təşkilatçılığı ilə işarət dilinə həsr olunmuş təlim keçiriləcək.
     Təlimdə işarət dilinin inkişaf tarixi, tədrisi və tətbiqi haqqında geniş məlumat veriləcək. 
     Qeyd edək ki, seminardan sonra tələbələr üçün iki aylıq ödənişsiz "Jest dili" tədris kursu təşkil olunacaq. Bu kurs çərçivəsində tələbələr eşitmə məhdudiyyəti olan insanlar ilə ünsiyyətə girmək üçün ehtiyac olan baza bilikləri ilə təmin olunacaqlar. Kursun sonunda eşitmə məhdudiyyəti olan insanlar ilə ünsiyyət vərdişlərinə yiyələnmə səviyyələri sınaqdan keçiriləcək və iştirakçılar müvafiq sertifikatlar ilə təltif olunacaqlar.