Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” X Beynəlxalq elmi konfrans

 

7-8 may 2019-cu ildə Bakı Slavyan Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi X Beynəlxalq elmi konfrans keçirəcəkdir.

2010-cu ildən başlayaraq keçirilən növbəti, doqquzuncu konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Heydər Əliyev irsi və Azərbaycançılıq ideologiyası
  • Müasir Beynəlxalq münasibətlər sistemində Azərbaycan
  • Azərbaycan dili və ədəbiyyatının aktual problemləri
  • Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri
  • İctimai-siyasi elmlərin aktual problemləri
  • Müasir dövrdə iqtisadiyyatın aktual problemləri

 

Sizi bu konfransda iştiraka dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

İştirakla bağlı məlumat və məqalə elektron formada 1 mart  2019-cu ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:  azerbaycanshunasliq2019@mail.ru

Xarici ölkələrdən olan iştirakçıların xərcləri özləri tərəfindən ödənilir.

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix

1 mart  2019-cu il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

5 aprel 2019-cu il

Konfransın plenar iclasının açılış mərasimi

7 may 2019-cu il

 

Bölmə iclasları

7-8 may 2019-cu il

Konfransın bağlanış mərasimi

8  may 2019-cu il

 

 

FORMA 1. Məqalənin tərtibi qaydaları:

  1. Həcm: 8  səhifəyə qədər, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətnin sözləri sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: ingilis dilində
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı qaydada olmalıdır: mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: (2) və ya (2; 5; 8) və ya (2, 14-15) və ya (2, 17; 7, 233-234)

Məqalənin strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi iş yeri və ünvanı qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

Təşkilati məsələlərlə bağlı suallarınızı  bu ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası /Bakı şəhəri, Bakı Slavyan Universiteti, AZ 1014, S.Rüstəm küç. 33.

E-mail: azerbaycanshunasliq2019@mail.ru  telefonlar: +99412 599-08-70, daxili 112.                                                                                                                                                                          

Müəllifin:

Soyadı, adı, atasının adı

 

İş yeri

 

Vəzifəsi, elmi adı və dərəcəsi

 

Telefon

 

E-mail ünvanı

 

Məqalənin adı

 

Açar sözlər        

 

MƏQALƏ (bu cədvəldən sonra əlavə olunur)       

 QEYD: Çap olunmuş məqalələr toplusu bölmə iclaslarının sonunda yalnız müəllifin məruzəsindən sonra ona təqdim olunacaqdır. Redaksiya heyyəti tərəfindən çapa tövsiyyə olunacaq məqalələrin  çapı ödənişli qaydada həyata keçiriləcək.( hər məqalə  üçün 50 (əlli) AZN). FORMA 2. Konfransda iştirak üçün bildiriş