İnsan Resursları Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçiriləcək

    Dekabrın 17-də saat 13:00-da Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Slavyan Universitetinin əsas tədris binasında maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar həyata keçiriləcək. Seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılacaq, təqdimat nümayiş ediləcək və tələbələrin sualları cavablandırılacaqdır. Həmçinin müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat veriləcək və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunacaqdır.