Tahirbəyov Bayram Harun oğlu

1954-cü ildə Moskva Dövlət Universitetini «Rus dili və rus ədəbiyyatı» ixtisası üzrə bitirmiş, 1964-cü ildə «Межъязыковая
транспозиция паремий (о переводе на русский язык западно-европейских пословиц)» namizədlik, 1973-cü ildə isə «Проблематика
перевода как предмета переводовения» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

1960-cı ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Universitetində rus dili, rus dilçiliyi, ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləmiş, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı pedaqoji ali təhsil ocaqlarında və rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris etmişdir; 1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunun rektoru vəzifəsində işləmişdir.

Elmi-pedaqoji kadrların hazırlanmasında və onların attestasiyasında fəal surətdə iştirak etmiş, Bakının və digər müttəfiq respublikaların namizədlik və doktorluq dissertasiyasının müdafiəsi üzrə bir neçə ixtisaslaşdırılmış şurann üzvü olmuş, Azərbaycanda ilk dəfə «Dilçilik nəzəriyyəsi» «Rus dilçiliyi və rus ədəbiyyatı» ixtisasları üzrə doktorluq şurası təşkil etmişdir.

Dissertant, aspirant və doktorantların dil və ədəbi əlaqələr, tərcümənin tarixi nəzəriyyəsi və təcrübəsi məsələləri ilə bağlı işlərin elmi rəhbəri və məsləhətçisi, SSRİ AAK eksperti və SSR Nazirlər Kabineti yanında Elm və texnika sahəsində Lenin və Dövlət mükafatları komitəsi Filologiya bölməsinin üzvü olmuşdur. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.