Sultanzadə Fəridə Teymur qızı

1951-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. F.T.Sultanzadə aşağıdakı vəzifələrdə işləmişdir: 1952-ci ildən
Azərbaycan Dövlət Universitetinin Rus dili kafedrasında müəllim, 1962-ci ildən Rostov Dövlət Universitetinin aspirantı, 1969-cu ildə
partiya təşkilatı katibi, 1973-cü ildən 1982-ci ilə qədər S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Rus dili kafedrasının müdiri, 1982-ci ildən 1988-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru işləmişdir. F.T.Sultanzadə 1970-ci ildən filologiya elmləri namizədi, 1972-ci ildən dosent olub. «Формы именного склонения по данным «Донских дел» (на материале войсковых отписок первой половины XVII века)» adlı dissertasiyanın müəllifidir.
F.Sultanzadə Azərbaycan qrupları üçün «Rus dili» dərsliyinin, (T.Əfəndiyevin həmmüəllifliyi ilə), 1980; «Mürəkkəb-tabeli cümlələrin təsnifatı və aktual üzvlənməsinin bəzi məsələləri» (E.Məmmədovun həmmüəlifliyi ilə), 1984; «Rus və Azərbaycan dillərində müqayisəli sintaksis» adlı monoqrafiyaların müəllifidir. «Əmək rəşadəti» və «Əmək veteranı» medalları ilə təltif edilmişdir.