AZƏRBAYCAN ƏDƏBİYYATI KAFEDRASI

     

     Azərbaycan ədəbiyyatı kafedrası 2005-ci ildə Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası kimi yaranmışdır. Jurnalistika ixtisasının yaradılmasından 4 il sonra (2009) ilk bakalavr buraxılışı ilə kafedranın bazasında həm Azərbaycan ədəbiyyatı, həm də Jurnalistika kafedraları yaranmışdır.
    Kafedrada «Şifahi xalq ədəbiyyatı», «Qədim dövr Azərbaycan ədəbiyyatı», «Orta əsrlər Azərbaycan ədəbiyyatı», «XIX əsr Azərbaycan ədəbiyyatı», «XX əsr Azərbaycan ədəbiyyatı», «Müasir Azərbaycan ədəbiyyatı», «Klassik islam ədəbiyyatı», «Türk xalqları ədəbiyyatı», «Müqayisəli ədəbiyyat və mədəniyyət qatları» və müasir Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstində, ədəbiyyat nəzəriyyələri və ədəbi tənqid konteksində əks etdirən seçmə fənlər tədris olunur və bu istiqamətlərdə elmi araşdırmalar aparılır.
     Kafedra bir neçə elmi istiqamətdə fəaliyyət göstərir. Şifahi xalq ədəbiyyatı bölməsi şifahi xalq ədəbiyyatının müəyyən problemlərini araşdırır, folklor təcrübəsinin nəticələrini təhlil və çap edir. Qədim və orta əsrlər istiqamətində həmin dövrdə yaşayıbyaradan şairlərin, yazıçıların yaradıcılığı tədqiq olunur və konkret olaraq müəyyən yazıçı və şairlər haqqında kitabların, elmi əsərlərin yazılması planlaşdırılır.
Kafedrada Azərbaycan ədəbiyyatının problemləri digər xalqların ədəbiyyatları ilə qarşılıqlı şəkildə araşdırılır və tədqiq olunur.