MÜASİR AZƏRBAYCAN DİLİ KAFEDRASI

   Müasir Azərbaycan dili kafedrası Bakı Slavyan Universitetinin Elmi Şurasının 2010-cu il tarixli qərarına əsasən dili və onun tədrisi metodikası kafedrasının bazası əsasında yaradılmışdır.
     Kafedrada reallaşdırılan elmi işlərin əsas istiqamətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
     Müasir Azərbaycan dilinin nəzəri problemləri;
     Praktik Azərbaycan dili məsələləri;
     Azərbaycan dilinin tədrisi məsələləri;
     Nitq mədəniyyəti məsələləri;
     Ölkəşünaslıq.
     Müasir Azərbaycan dili kafedrasının əsas məqsədi Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan dilinin inkişafına istiqamətlənmiş nəzəri və praktik fənləri dərindən öyrətmək, yüksək səviyyədə tədris etmək, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edən dərslik, dərs vəsaiti, elmi-metodik göstəriş, həmçinin proqramların çap olunmasını təşkil etmək, intellektual səviyyəli peşəkar kadrlar hazırlamaq iqtidarında olan müəllimlərin elmi səviyyələrini inkişaf etdirməkdən ibarətdir. Kafedra, həmçinin Azərbaycan dilinin ayrı-ayrı sahələrinin tədqiqi və araşdırılması istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi də qarşıya qoyulan məqsədlərdəndir.