SLAVYAN FİLOLOGİYASI KAFEDRASI

     Slavyan filologiyası kafedrası 2000-ci ildən fəaliyyət göstərir. Kafedranın müəllimləri həm «Regionşünaslıq», həm də«Tərcümə» ixtisasları üzrə dərs aparır.
     Kafedra yarandığı gündən BSU-nun elmi və ictimai fəaliyyətində yaxından iştirak edir. Slavyan ölkələrindən kafedranın tədrisinə vaxtaşırı olaraq müəllimlər cəlb olunur, yüksək səviyyəli mütəxəssislər ustad dərsləri keçirlər.
       Kafedranın elmi istiqamətləri:
Slavyan-türk ədəbi və dilçilik əlaqələri
Slavyan dillərinin tədris metodikası
Slavyan dillərinin Azərbaycanda öyrənilməsi problemləri
Bu istiqamətlər üzrə kafedrada mütəmadi olaraq seminarlar keçirilir, dissertasiyalar üzərində tədqiqatlar aparılır, dərsliklər, dərs vəsaitləri, lüğətlər, proqramlar hazırlanır,
     Beynəlxalq vəRespublika elmi konfranslarında çıxışlar edilir. Kafedranın mühüm elmi istiqamətlərindən biri də «Rus dili Azərbaycanda» layihəsinə uyğun olaraq kafedrada tədris olunan slavyan dillərinin Azərbaycanda öyrənilməsi ilə bağlıdır.
       Kafedrada «Bohemia» (çex), «Şevçenko» (Ukrayna), Şopen» (polyak) dərnəkləri fəaliyyət göstərir.
Kafedrada 4 slavyan ölkəsinin – Çexiya, Polşa, Bolqarıstan və Ukrayna dilləri və ədəbiyyatı tədris olunur. 2010/2011-ci tədris ilindən isə kafedrada ikinci slavyan dili kimi belarus dili tədris olunur.