XARİCİ DİLLƏR KAFEDRASI

     Roman-German dilləri kafedrası 2001-ci ildə yaradılıb. 2001-2003-cü illərdə bu fənlər tədris olunmuşdur: praktik ingilis dili, praktik fransız dili, praktik alman dili, yunan dili tarixi, yunan dilinin nəzəri kursu, ixtisasa giriş (regionşünaslıq), ixtisasa giriş (beynəlxalq münasibətlər), diplomatik protokol, ölkələrin coğrafiyası, yunan ədəbiyyatından praktikum, fonetika, yunan dilinin morfoloji sintaksisi.
     «Roman-German dilləri» kafedrasının adı «Xarici dillər» kafedrası adına dəyişdirildi. Xarici dillər kafedrası bu istiqamətdə çalışır: dilçilik, xarici dillərin tədrisinin tədrisi metodikası, lüğətlərin və dərsliklərin tərtibi. Bundan başqa kafedrada Amerikan ingiliscəsi, Britaniya ingiliscəsi, ABŞ və Böyük Britaniyanın sivilizasiyası və ədəbiyyatı istiqamətində tədqiqatlar aparılır.
     Kafedranın müəllim heyəti Fransa, ABŞ, Almaniya, Gürcüstan, Böyük Britaniya, Hollandiya kimi ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişlər.
     Beynəlxalq münasibətlər və regionşünaslıq fakultəsində və Pedaqoji fakültədə tədris olunan fənlər:
magistratura şöbəsində:
Praktik ingilis dili
Linqvoölkəşünaslıq
Xarici dilin linqvodidaktik problemləri