ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ VƏ DÜNYA ƏDƏBİYYATI KAFEDRASI

     Ədəbiyyat nəzəriyyəsi kafedrası 1989-cu ildən fəaliyyət göstərir. «Rus ədəbiyyatının propedevtik kursu» kafedrasının bazasında yaradılmışdır. Dünya ədəbiyyatı kafedrası isə 1990-cı ildən fəaliyyət göstərir. 2016-cı ilin fevral ayında bu iki kafedra «Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı» kafedrası adı altında birləşdirilmişdir.
     Kafedranın elmi istiqamətlər:
Ədəbiyyat nəzəriyyəsi.
Ədəbi tənqid.
Ədəbiyyat tarixi məsələlərinin tədqiqi
Tədris-metodik işlər ( Tələbələr üçün dərsliklər və tədris vəsaitlərinin hazırlanması).
     Kafedra bakalavr və magistratura pillələrində tədris olunan fənlər: «Ədəbiyyat nəzəriyyəsi», «Ədəbiyyatşünaslığa giriş», «Ədəbi tənqidin tarixi», «Ədəbiyyatdan praktikum», «Poetika», «Antik ədəbiyyatı», «Orta əsrlər və İntibah dövrün ədəbiyyatı», «XVII-XVIII əsrlər dünya ədəbiyyatı», «XIX əsr dünya ədəbiyyatı», «XX əsr dünya ədəbiyyatı», «Ukrayna ədəbiyyatı», «İxtisas ölkəsinin ədəbiyyatı (ingilis ədəbiyyatı)», «Müasir Avropa ədəbiyyatı», «Avropa ölkələri ədəbiyyatı», «Antik və İntibah dövr ədəbiyyatı», «Ədəbiyyatşünaslığın müasir problemləri», «Ədəbiyyatşünaslığın tarixi və metodologiyası», «Bədii mətnin elmi təhlili», «Müasir dramaturgiyanın janr rəngarəngliyi», «Ədəbi prosesdə ənənə və novatorluq», «Azərbaycanda rus nəsrinin yaranma tarixi», «Estetik və ədəbi-nəzəri fikrin mənbələri», «Ədəbi əsərin poetikası», «Ədəbi cərəyanlar və istiqamətlər», «Bədii metod problemi».