RUS DİLİ VƏ ONUN TƏDRİSİ METODİKASI

  Rus dili və onun tədrisi metodikası kafedrası 1946-cı ildən fəaliyyət göstərən Praktik rus dili kafedrasının bazasında 2003-cü ildə yaradılmışdır.
   Kafedrada «Praktik rus dili», «Rus dilinin tədrisi metodikası», «Nitq mədəniyyəti», «Ölkəşünaslıq», «Kurikulumun əsasları» fənləri tədris olunur. Kafedranın fəaliyyət dairəsi Filologiya və jurnalistika fakültəsini, Qiyabi şöbəni, magistratura və hazırlıq şöbələrini əhatə edir.
     Elmi istiqamətlər:
İfadə və imla toplularının hazırlanması;
Filologiya və xarici dil müəllimliyi fakültəsinin Azərbaycan bölmələri üçün dərs vəsaitinin hazırlanması;
Tələbələrin müstəqil işi üçün dərs vəsaitlərinin hazırlanması;
Metodik tövsiyələrin işlənməsi.
    Kafedra nəzdində 2002-ci ildən «Мир русского слова» dərnəyi fəaliyyət göstərir.
    Rus dili dərnəyi yaradıcılıq üçün əlverişli mühit yaratmağa, rus dilinin öyrənilməsində tələbələrin bilik və vərdişlərinin inkişafına, şifahi və yazılı nitqin inkişafına təkan verir.