Yaranma tarixi: 1950-ci il
Kafedra müdiri: Sultanova Nigar Əli qızı- dosent.
Kafedranın akademik heyəti: 1- dosent, 1- b.ü.f.d., 6 - baş müəllim, 6 - müəllim.
Kafedranın əsas məqsədi: Tibbi biliklərin əsasları və mülki müdafiə, Mülki müdafiə və ilkin tiibi yardım, Mülki müdafiə, Uşaq anatomiyası, yaş fiziologiyası və gigiyenası fənlərinin Universitetin fakültələrində ayrı-ayrı ixtisaslar üzrə azərbaycan və rus dillərində tədris edilməsidir.
Kafedranın fəaliyyət istiqamətləri:
- Tələbələrə ilk tibbi yardımın göstərilməsi bacarıqları, tibbi-gigiyenik tərbiyə və minimum tibbi biliklərə yiyələnməsi ;
- Fövqəladə hallar şəraitində tibbi yardım göstərilməsi üzrə praktik işlər, xəstələrə və zədələnmişlərə qulluq;
- Azərbaycan Respublikasının müdafiəsi uğrunda tələbələrin məsuliyyətini artırmaq üçün onların arasında hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək; müdafiə üsulları və daimi tibbi yardım göstərməyə hazır olan mütəxəssislər hazırlamaq;
- Çalışacağı təşkilat üzvləri arasında səhiyyə maarifi işi aparmaq, həmkarların və şagirdlərin səhhətində baş verən dəyişiklikləri, xəstəlik əlamətlərini vaxtında aşkarlayıb, lazımi tədbirlər görmək bacarığına malik olamalıdır.
Tədris olunan fənlər:
- Tibbi bilikərin əsasları və mülki müdafiə
- Mülki müdafiə və ilkin tibbi yardım
- Mülki müdafiə
- Uşaq anatomiyası, yaş fiziologiyası və gigiyenası