AZƏRBAYCAN UNİVERSİTETLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ERASMUS + PETRA LAYİHƏSİNİN ÇƏRÇİVƏSİNDƏ VALENSİYA POLİTEXNİK UNİVERSİTETİNDƏ OLDULAR

                      

   İyunun 18-dən 22-dək Valensiya Politexnik Universitetində ERASMUS + PETRA (Azərbaycan Universitetlərində Tədris və Təlimdə Mükəmməlliyin Təşviqi) layihəsi çərçivəsində seminar–təlimlər keçirildi. Bu layihədə Bakı Slavyan Universitetini İngilis filologiyası kafedrasının baş müəllimi Natəvan Babayeva təmsil etmişdir. O Akkreditasiya Horizon 2020, ERASMUS + KA1, KA2, ERASMUS MUNDUS proqramları, Valensiya Politexnik Universitetinin Techno Park və Elektron Təhsil sistemi üzrə keçirilən təlimlərdə iştirak etmişdir.

   Tədbirin əvvəlində bütün tərəfdaş  universitetlərdən olan  menecerlərin görüşü keçirildi.   Layihə çərçıvəsində  keçirilən təlimlərdə  xarici tərəfdaş  universitetlər olaraq. Debresen, Qazi, Vyana və Finlandiya universitetlərinin nümayəndələri də iştirak edirdilər. Bununla yanaşı,  layihənin  baş  koordinatoru  Valensiya Politexnik  Universitetinin  professoru  Havier Orozko və AB layihələrinin meneceri Carlos Himenez ilə üz-üzə görüş keçirildi.  Gorüşdə rəhbər heyətin məqsədi göndərilən sənədlərin nəzərdən keçirilməsi və layihə  üzrə verilmiş tapşırıqların monitorinqini aparmaq idi.

    Təlimlərdən  biri Valensiya Politexnik Universitetinin Multimediya Mərkəzində təşkil edilmişdir. Təlim iştirakçıları Valensiya Politexnik Universitetinin  multimediya studiyası  ilə tanış  oldular. Hər bir universitetdən bir nümayəndəyə 3-10 dəqiqəlik bir məruzə və ya təqdimat şansı verildi . İngilis filologiyası kafedrasının baş müəllimi Natəvan Babayeva "Bakı Slavyan Universitetinin veb səhifəsinin tətbiqi" mövzusunda təqdimat etdi. Çıxışında BSU-nun veb səhifəsi nümayiş olundu. Təlimlərin beşinci günü bütün  tərəfdaş  universitetlərin nümayəndələri "Ali  Təhsilin  Təkmilləşdirilməsi"  HEAD 18  adlı IV Beynəlxalq Konfransa qatılmaq və iştirak etmək şansı əldə etdi. İngilis filologiyası kafedrasının baş müəllimi Natəvan Babayeva,  "Dünya  Ali Təhsil Sisteminə inteqrasiya" məqaləsi ilə bağlı təqdimatla çıxış etdi. Təqdimatlardan sonra konfrans iştirakçılarına sertifikatlar  verildi. Sonra konfrans öz işini bölmələrdə davam etdirdi.